Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-25 15:44:00
“İnformasiya Texnologiyaları üzrə texniki dəstək operatoru” təlimləri təşkil olunacaq

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkil etdiyi “İnformasiya Texnologiyaları üzrə texniki dəstək operatoru (IT Helpdesk)” təlimlərinə müraciətlər qəbul olunur.

 

Agentlikdən AzEdu.az-a bildirilib ki, iştirakçılar təlim müddətində (50 saat) kompüterdə yaranan texniki, proqram təminatı, əməliyyat sistemləri, şəbəkə ilə bağlı nasazlıqları təyin edib aradan qaldırmağı, eyni zamanda, “Microsoft Office” proqramlarından yüksək səviyyədə istifadə etməyi öyrənəcəklər.

 

Təlimdə iştirak etmək üçün seçim meyarlarına başlanğıc səviyyə ingilis dili, kompüterdən istifadənin əsasları, əməliyyat sistemləri ilə tanışlıq məsələləri daxildir. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət sertifikatı təqdim olunacaq. İlk uğurlu 20 namizədə təqaüd veriləcək.

 

Müraciətlər martın 2-dək qəbul olunur. Əlavə sual yarandığı halda [email protected] ünvanına müraciət etmək olar.