Azedu.az

Doktoranturaya qəbulda bu şəxlərə 3 ay hərbi xidmətdən möhlət veriləcək

Doktorantura

24 Fevral 2021, 17:30
Doktoranturaya qəbulda bu şəxlərə 3 ay hərbi xidmətdən möhlət veriləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

AzEdu.az-ın xəbərinə görə, dəyişikliklə doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

 

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox