Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 17:22:00
“Rus dili xarici dil kimi” beynəlxalq olimpiadalarında azərbaycanlı qaliblərin sayı artıb - FOTO

DİM-in əməkdaşlıq etdiyi Sankt-Peterburq Dövlət Universiteti tərəfindən təşkil edilən “Rus dili xarici dil kimi” beynəlxalq olimpiadalarında azərbaycanlı qaliblərin sayı artıb.

 

AzEdu.az xəbər verir ki, ötən il rus dili fənni üzrə SPDU II beynəlxalq onlayn olimpiadasına Azərbaycandan 293 nəfər qatılıb.

 

Dövlət İmtahan Mərkəzi 2020-ci ildən başlayaraq beynəlxalq tərəfdaşı olan Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdiyi “Rus dili xarici dil kimi” beynəlxalq olimpiadasının ölkədə təbliğ olunması və qalib olan azərbaycanlı iştirakçıların mükafatlandırılmasına dəstək verir.

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Sankt-Peterburq Dövlət Universiteti (SPDU) arasında 2020-ci ilin əvvəlindən başlayan əməkdaşlıq davam edir və artıq öz müsbət nəticələrini verir.

 

5 noyabr - 13 dekabr 2020-ci il tarixlərində Rusiyanın ən qədim universiteti olan SPDU ilə Rusiya Federasiyasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı əsasında “Rus dili xarici dil kimi” adlı beynəlxalq olimpiada keçirilib. Rus dili üzrə bilik yarışlarına və tədbirlərə marağın artırılması istiqamətində təşkil edilən bu olimpiadaya 12-30 yaş arası, Rusiya Federasiyasının vətəndaşı olmayan və rus dili üzrə öz biliklərini yoxlamaq istəyən şəxslər qatılıblar.

 

Olimpiadada dünyanın 147 ölkəsindən 9549 nəfər (o cümlədən, Azərbaycandan 293 nəfər) iştirak edib. İştirakçılardan 945 nəfər (o cümlədən, Azərbaycandan 38 nəfər) uğur qazanaraq müxtəlif diplom, xatirə mükafatları, rus dili dərslikləri və “Rus dili xarici dil kimi” dövlət imtahanına (ТРКИ) ödənişsiz vauçer əldə ediblər.

 

Qeyd edək ki, olimpiadada uğur qazanmış namizədlərə təqdim edilmiş vauçerləri DİM-də təşkil edilən TPKИ imtahanı zamanı istifadə etmək mümkündür.

 

2019-cu illə müqayisədə “Rus dili xarici dil kimi” mövzusunda keçirilən olimpiadalarda Azərbaycandan olan iştirakçıların sayı və uğurlarına dair statistika ilə aşağıdakı qrafiklərdən tanış olmaq mümkündür: