Azedu.az

DİM-də hazırlıq kursları keçiriləcək  

22 Yanvar 2021, 18:00
DİM-də hazırlıq kursları keçiriləcək  

Yanvarın 23-24-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, riyaziyyat, ingilis dili və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kursları təşkil olunacaq.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə,  COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən həyata keçiriləcək.

 

Kurslarda Bakı, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan və Lənkərandan Dövlət İmtahan Mərkəzinin elektron qeydiyyatından keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox