Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-19 09:20:00
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradıldı  

Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb.

 

AzEdu.az-ın məlumatına görə, bunu AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib.

 

Elmin təşkili üzrə müəyyən boşluqların olduğunu deyən A.Qəribov bu məqsədlə akademiyada bir sıra islahatlar aparıldığını söyləyib:

 

“Akademiyada aparılan islahatlar hələlik başlanğıcdır. İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.