Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-18 16:23:00
ÜST-ün baş direktoru: "Bu günə qədər ən azı 49 ölkədə 39 milyon doza koronavirus peyvəndi tətbiq edilib"

“Varlı ölkələr COVID-19 peyvəndindən istifadə etdiyi halda, kasıb ölkələrin əziyyət çəkməsi dünyanın mənəvi fəlakətin astanasında olduğunu göstərir”.

 

AzEdu.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatını baş direktoru Tedros Adhanom Qebreyesus  deyib.

 

Baş direktor zəngin ölkələrin "birinci mən" yanaşmasını və peyvənd istehsalçılarının  qlobal miqyasda peyvəndin istifadəsi üçün məlumatları ÜST-ə təqdim etməkdənsə, zəngin ölkələrdə tənzimləmə agentliklərinin təsdiqini almaq cəhdlərini tənqid edib: "Faktdır ki, əksər peyvənd istehsalçıları ÜST-ə sənədlər təqdim etməkdənsə, mənfəətin yüksək olduğu zəngin ölkələrdə peyvəndin istifadəsinin təsdiqini üstün tuturlar. Bu "ilk mən" yanaşması dünyanın ən kasıb və həssas insanlarını risk altına qoymaqla yanaşı, həm də özünü məğlub etməkdir. Nəhayət, bu cür hərəkətlər yalnız pandemiyanın, ağrı-acılarımızın, pandemiyanın qarşısını almaq üçün lazım olan məhdudiyyətlərin müddətini uzadacaq, insani və iqtisadi itkiləri artıracaq".

 

ÜST rəhbəri koronavirus pandemiyasına qarşı peyvəndlərə dünya miqyasında ədalətli giriş vədinin indi ciddi risk altında olduğunu vurğulayıb. 

 

A. Qebreyesus bu günə qədər ən azı 49 yüksək gəlirli ölkədə 39 milyon doza koronavirus peyvəndinin tətbiq edildiyini söyləyib.

 

"Bu arada, ən aşağı gəlirli ölkələrdən birinə yalnız 25 doza peyvənd verilib. 25 milyon deyil, 25000 deyil, yalnız 25 doza. Mən bu məsələdə açıq olmalıyam. Dünya fəlakətli mənəvi uğursuzluğun astanasındadır və bu uğursuzluğun hesabını dünyanın ən kasıb ölkələrindəki insanların həyatı və dolanışığı ödəyəcək", - deyə ÜST-ün baş direktoru əlavə edib. 

 

O deyib ki, bəzi ölkələr peyvəndin ədalətli şəkildə bölünəcəyi ilə bağlı vədlər versə də, onlar istehsalçılarla özləri razılaşmaya girir, qiymətləri artırır və növbədən kənarda qalmağa çalışır.

 

ÜST-ün baş direktoru 2020-ci ildə 44 belə sövdələşmənin edildiyini, 2021-ci il başlayandan bəri isə ən azı 12 sövdələşmənin imzalandığını deyib.

 

Apa