Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-12 16:33:00
Nizami Gəncəvi ensiklopediyası hazırlanmalıdır- Deputatdan TƏKLİF

“Nizami Gəncəvi ilinə "Nizami Gəncəvi ensiklopediyası" hazırlanmalıdır. Bu işə ciddi filosoflar, fililoqlar və ensiklopediya işini bilən alimlər cəlb olunmalıdır”.

Azedu.az xəbər verir ki, bu fikiri millət vəkili Etibar Əliyev rəsmi feyzbuk hesabında paylaşıb. 

O qeyd edib ki, ölkənin tarixini, mədəniyyətini, həmçinin Nizaminin əsərlərini bilən alimlər bu işə töhfə verməlidirlər:

 

“Nizaminin fundamental "Bioqrafiya" sı yazılmalıdır. Bunu ölkənin tarixini və mədəniyyətini onun əsərlərini dərindən bilən alimlər etməlidirlər. Şekspirə 30 - dan çox "Bioqrafiya" yazılıb. Hələ də yazırlar. Akademik Ziya Bünadov: "Gürcülərin bir Şota Rustavellisi var. 50 ildir Xüsusi Komissiya fəaliyyət göstərir. Hər il onu çap edirlər. Hər il təkmilləşdirib yeni sözlər açırlar. Nizami üfüqü görünməyən dəryadır, sahilləri görünməyən dəryadır."