Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-04 17:38:00
“Web of Science” elmi bazasında Azərbaycan alimləri 953 məqalə dərc etdirib  

“Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində 2020-ci ildə Azərbaycan alimlərinin publikasiya fəallığı qorunub.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Web of Science” elmi bazasında Azərbaycan alimləri 953 məqalə dərc etdirib. Bu son 5 ildə 3 dəfədən çox artım deməkdir.

2020-ci il üzrə bazaya yerləşdirilən nəşrlərə əsaslanaraq Azərbaycan Cənubi Qafqaz ölkələri arasında lider olub. Belə ki, Azərbaycanda son aylar ərzində 816, Gürcüstanda 673, Ermənistanda isə 643 elmi publikasiya nəşr edilib. (azertac)