Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-04 16:32:00
 COVİD-19 peyvəndinin  tətbiqi zamanı  müəllimlərə xüsusi üstünlük veriləcək-Təhsil naziri

 

 

Türkiyənin Təhsil naziri Ziya Səlcuq müəllimlərlə onlayn formada  görüş keçirib.

 

Nazirin koronavirus peyvəndi ilə bağlı suala verdiyi cavab müəllimlərin sevincinə səbəb olub.

 

“Peyvəndin tətbiqinə başlandığında müəllimlərə xüsusi üstünlük veriləcək” fikrini bildirdi.

 

Qeyd edək ki, təhsil naziri müəllimlərlə bir çox mövzularla bağlı maraqlı  müzakirələr aparıb.

 

Müəllimlərdən  Mustafa İlhanın  nazirə verdiyi suala cavab olaraq  nazir peyvəndin tətbiqi ərəfəsində ilk olaraq müəllimlərin nəzərə alınacağını vurğulayıb:

 

“Bununla bağlı müzakirələrimiz gedir. Müsbət nəticələri sizinlə bölüşəcəyik. Bizim üçün həqiqətən çox dəyərlisiniz. Çünki sizin sayənizdə ölkəmizin gələcəyini inşa edirik. Bu səbəbdən pevənd vurulması ilə bağlı ən yaxın zamanda müəllimlərə xoş xəbəri çatdıracağımızı düşünürəm”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları