Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-30 13:14:00
Tələbə universitetə bərpa olunması üçün rektora müraciət edib  

 

Bakı Dövlət Universitetindən (BDU) xaric edilən tələbə Pərviz Məhəmmədovun ali təhsil müəssisəsinə bərpa edilməsi üçün rektor Elçin Babayevə ünvanladığı müraciətə bu gün baxılacaq.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə “Report”a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib.

 

O bildirib ki, Pərviz Əlipənah oğlu Məhəmmədov BDU-nun rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib: "Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılmışdır. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcəkdir".

 

Qeyd edək ki, BDU noyabrın 23-də Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlunun dərs zamanı bir neçə dəfə Universitetin daxili nizam-intizam qaydalarını pozduğu, həmçinin Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiyi barədə məlumat yayıb. Ali təhsil müəssisəsi buna görə də P.Məhəmmədovun noyabın 23-dən Universitet tələbələri sırasından xaric edilməsi ilə bağlı qərar verib.