Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-27 17:44:00
"Dərs vaxtı" - Ən yaxşılardan öyrənmək üçün unikal imkan

Əziz şagirdlər, həftəiçi 5 gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramını izləməyə davam edin. Bununla siz həm dərslərinizdən geri qalmır, həm də ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan əldə etmiş olursunuz. 

 

Teledərslərin "Mədəniyyət" telekanalında yayım vaxtına uyğun dərs cədvəli hər gün Təhsil Nazirliyi tərəfindən təqdim edilir. Saat 14:00-dan etibarən isə teledərslər həmin cədvələ uyğun ardıcıllıqla "ARB Günəş" telekanalında təkrar yayımlanır. 

 

"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

 

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.