Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-26 15:17:00
Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? - Nazirlikdən AÇIQLAMA

Təhsil Nazirliyi Vətən Müharibəsində topçu olaraq düşmənə qarşı döyüşən 19 yaşlı Vüsal Şahkərimovun şəkilinin 11-ci sinif tarix kitablarının üzlüyündə yer alacağı barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

 

Nazirlikdən cavab olaraq bildirib ki, dərsliyin üz qabığının tərtibatı nəşriyyat tərəfindən hazırlanır:

 

“Daha sonra məsələ Təhsil Nazirliyi ilə razılaşdırılır. 11-ci sinif tarix dərsliklərinin üz qabığının dəyişdirilməsi məsələsi hazırda müzakirəyə çıxarılmayıb. 

 

Lakin qəhrəmanlarımız haqqında hekayələrin yazılması, onlarla bağlı ayrı-ayrı təqdimatların edilməsi, tarixi faktların tam dəqiqləşdirilərək, dərsliyin məzmununa gəlməsi gündəmdədir”. 

 

Qeyd edək ki, Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olub. 

 

Oxu.az