Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-22 17:08:00
Dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə davam edir

Ümumilikdə 7 dövlət orqanında 21 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş ümumi müsahibə davam edir.

 

AzEdu.az  xəbər verir ki, müsahibədə 9 nəfər uğur qazanıb. Onlardan 4-ü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 3-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1-i Maliyyə Nazirliyində, 1 nəfər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, ümumi müsahibədə iştirak üçün 76 nəfər sənəd verib. Müsahibə dekabrın 16-da başa çatacaq.