Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-16 18:00:00
Məktəblilərdən əsgərlərə kitab hədiyyəsi


 Akademik Zərifə Əliyeva adına Liseyin XI A2 sinif şagirdləri yaralı əsgərlərə kitab hədiyyə ediblər.


AzEdu.az xəbər verir ki, şagirdlərin təşəbbüsünə “Çörəkçi” qrupu da qoşularaq onlara dəstək verib.


Aksiyanın əsas məqsədi əsgərlərin mənəvi-emosional ruhunun daha da yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.


Qeyd edək ki, Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid 200-dən çox kitab əsgərlərə təqdim edilib. Hər bir kitabın içərisində isə şagirdlərin əsgərlərimizə yazdıqları ürək sözləri yer alır.


Aksiyanın davam etdirilməsi nəzərdə tutulur.