Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-15 12:00:00
Beyinin sürəti nə qədərdir?

Beyinə daxil olan və çıxan sinir impulslarının sürəti saatda 274 kilometrə bərabərdir. Bu günə qədər heç düşündünüzmü ki, niyə çəkiclə barmağınıza zərbə dəydikdə niyə belə tez reaksiya verirsiniz? Bunun hamısı sinir impulslarının möhtəşəm sürəti nəticəsində baş verir. Bu impulsların surəti təxminən idman avtomobillərinin surəti ilə müqayisə olunur.

  • Beyin digər orqanlardan intensiv nəfəs alır. Beyinin ümumi ölçüsü bədənin cəmi 2 faizini təşkil etsə də, bütün digər orqanlardan fərqli olaraq qanda daha çox dövr edən 20 faiz oksigen tələb edir. Bu da onu oksigen çatışmamazlıqlarından yaranan zədələnmələrə qarşı daha dayanıqlı idi. Buna görə də dərindən nəfəs alın!
  • Sinir hüceyrələri bərpa olunur. İnsanın həyatı boyu neyronlar daim inkişafda olurlar. Uzun illər boyunca alimlər sinir toxumalarının və neyronların inkişafını və bərpa olmasını mümkünsüz hesab edirdilər, ancaq bunun belə olmadığı elmə aydın oldu. İnsan bədəninin digər toxumaları kimi neyronlarda insanın həyatı boyu inkişaf edir. Bu fakt beyinin və onun xəstəliklərinin tədqiq olunmasında yeni mərhələ yaratdı. Müxtəlif növ neyronlarda məlumat müxtəlif sürətlərlə ötürülür. Neyronların növü elə də çox deyil və onlarda məlumatın ötürülməsi saniyədə 0.5-lə 120 metr arasında dəyişir.
  • Beyin nə qədər enerji tələb edir? Beyinin tam fəaliyyət etməsi üçün 10 voltluq lampa gücündə enerji tələb olunur. Cizgi filmlərində qəhrəmanın ağlına yeni bir fikir gəldikdə başında lampa yanması təsviri reallıqdan heç də uzaq deyildir. Beyin hətta yuxu zamanı kiçik bir lampaya bəs edəcək miqdarda da enerji kütləsi yarada bilir.
  • Beyin heç vaxt yatmır. Beyin günortadan fərqli olaraq gecələr daha fəaldır. Bu ilk baxışdan məntiqsiz görünür. Çünki gün ərzində yuxudan fərqli olaraq daim hərəkət edir, hesablama aparır, intensiv şəraitdə işləyir. Amma tam əksinə olaraq insan yuxuya getdikdə, beyin daha da aktivləşir. Alimlər bunun hələ ki, dəqiq səbəbini anlaya bilməsələr də, biz beynimizə yatdığımız zamanda da işlədiyi üçün minnətdar olmalıyıq.
  • Yuxugörmənin sayı İQ-dən asılıdır. Alimlər iddia edirlər ki, insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə bir o qədər çox yuxu görür. Əgər bu sizdə də belədirsə, onda yadda saxlaya bilmədiyiniz yuxular üçün narahat olmağa dəyməz. Yuxularımız 2-3 saniyə çəkdiyi üçün bir çoxlarımız gördüyümüz yuxunu yadda saxlamaqda çətinlik çəkirik.
  • İnsan beyninin məlumat tutumu nə qədərdir? İnsan beyni Britaniya Ensiklopediyası və ya hər hansı bir ensiklopediyadakı məlumatlardan 5 dəfə artığını yadda saxlamaq qabiliyyətinə malikdir. Alimlərin beyinin ölçüsünün dəqiqləşdirilməsinə ehtiyac olsa da, məlum olduğu qədəri ilə, kompüter terminologiyası ilə desək insan beyninə 3-dən 1000 terabayta qədər məlumat yerləşə bilər. Nəzərə alaq ki, 900 il tarix qeyd olunmuş Britaniya Milli arxivi cəmi 70 terabayt həcmindədir. Beyninizin potensialını qiymətləndirin.
  • Beyin ağrı hiss etmir. Beyin öz özlüyündə ağrı hiss etmir. Doğrudur, barmağınızı kəsdikdə və ya yandığında beyin buna reaksiya verir. Lakin beyində ağrı reseptorları olmadığı üçün o ağrını hiss etmir. Bütün bunlara baxmayaraq, bu sizi baş ağrılarından xilas etməyəcək. Beyin çoxlu sayda toxuma, sinir və qan damarları ilə əhatə olunduğu üçün ağrıya qarşı həssasdır.
  • Beyin 80 faiz sudan ibarətdir. Əksər insanlarda beyin deyəndə qoz ləpələrinə oxşar boz maddə assosiasiyası yaranır. Lakin canlı beyin tünd qəhvəyi rəngli, su və qandan təşkil olunmuş yumşaq orqandır. Bundan sonra susuzluqdan nə vaxt əziyyət çəksəniz unutmayın ki, beynində yaşayış üçün mütləq olan rütubətə ehtiyacı var.