Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-11 17:55:00
“Övladının əlindən tut” layihəsinə start verildi  

 

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Türkan Məcidovanın “Övladının əlindən tut” layihəsinin təqdimatı olub.

 

Layihə rəhbəri AzEdu.az-a bildirib ki, əsas məqsəd potensial psixoloji-mənəvi zorakılığa məruz qala biləcək şagirdlərin valideynləri üçün onların cəmiyyətə inteqrasiyası, düzgün tərbiyə və təhsillə bağlı dövlət siyasəti və qanunvericiliyini izah etməklə onların təhsil üçbucağında daha yaxından iştirakını təmin etməkdən ibarətdir. Bunun üçün Daşkəsən şəhəri 2 saylı tam orta məktəbin direktoru ilə birgə onlayn formatda valideyn heyətindən ibarət qrup yaradılacaq. Hər qrupda 25 nəfər olacaq. Ümumilikdə 125 valideynin iştirakı ilə 5 qrup yaradılacaq və hər qrup üçün ayrılıqda bir günlük maarifləndirici seminarlar təşkil olunacaq.

Tədbirdə məktəbin müəllimləri çıxış edərək layihənin vacibliyi, valideyn-müəllim əməkdaşlığının mütləq olmasını, təlimlə yanaşı, tərbiyəyə diqqət yetirməyin və cəmiyyət üçün faydalı, təhsilli şəxslərin yetişdirilməsinin vacibliyini qeyd ediblər.