https://www.zirve.edu.az/
28.10.2020 14:50
BMU-ya daxil olan tələbələrdən 50 nəfəri 600-dən çox bal toplayıb  

 

Ötən tədris ili ilə müqayisədə 2020/2021-ci tədris ilində Bakı Mühəndislik Universitetini (BMU) seçən yüksək ballı tələbələrin sayında artım müşahidə olunub. Cari tədris ilində BMU-nun bakalavr pilləsinə qəbul olan tələbələrdən 50 nəfəri 600-dən yüksək bal toplayıb.

 

AzEdu.az-ın məlumatına görə bu tələbələrdən 42 nəfəri Mühəndislik, 3 nəfəri iqtisadiyyat və idarəetmə, 3 nəfəri Pedaqoji və 2 nəfəri isə Memarlıq və inşaat fakültəsinin payına düşür.

 

BMU-ya yüksək balla daxil olan tələbələrin ən çox müraciət etdiyi İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisaslarının ingilis dili bölməsi olub. Belə ki, İnformasiya texnologiyaları ixtisasına 20 nəfər, Kompüter mühəndisliyi ixtisasına isə 17 nəfər daxil olub.

 

Yüksək ballı tələbələrimiz arasında ən yüksək bal toplayan Əminə İslam olub. O, 660.5 balla BMU-nun İnformasiya texnologiyaları ixtisasının ingilis dili bölməsinə daxil olub.

 

BMU-nun yüksək ballı tələbələri ilə bağlı ətraflı məlumatları aşağıdakı link vasitəsilə almaq mümkündür:

https://beu.edu.az/az/page/onlari-tani-51