Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 15:13:00
Günümüzün qəhrəmanları – General Mayis Bərxudarov və şəhid polkovnik  Şükür Həmidovun təhsil yolu    

 

 25 oktyabrda Qubadlı şəhəri düşmən tapdağından azad olundu.

 

Qubadlının azad olunmasında rəşadət göstərən hərbçilərdən biri də  şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidov olub. Təəssüf ki, 2016-cı il Aprel döyüşlərində də xüsusi fərqlənən polkovnik bir neçə gün öncə döyüş meydanında şəhid oldu.

 

Ali Baş Komandan onun şəhadətindən sonra Milli Qəhrəmanın atası ilə əlaqə saxlamış, adının uğrunda canını fəda etdiyi Qubadlıda əbədiləşdiriləcəyini bildirib.

 

Günün digər qəhrəmanlarından biri də hərbi birlik rəhbəri, general mayor Mayis Bərxudarovdur.  Qubadlı rayonunda anadan olan general əfsanəvi döyüşçü, I Qarabağ müharibəsinin qəhrəmanı Əliyar Əiyevin tələbəsi olub.

 

Generala bu şərəfli işində uğur arzulayır, palkovnik Şükür Həmidova  isə Allahdan rəhmət diləyirik.

 

AzEdu.az hər iki qəhrəman hərbçini publikaya daha da yaxından tanıtmaqdan ötrü öz profilinə uyğun olaraq onların təhsil yolu ilə bağlı yazını təqdim edir:

 

 

 

 

Şəhid Milli Qəhrəman Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində müəllim ailəsində dünyaya göz açıb.

 

Əvvəlcə Qubadlı rayonunun Başarat orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Şükür Həmidov hələ hərbi liseydə təhsil alarkən, könüllü olaraq döyüşlərə getmək arzusunu komandanlığa bildirib.

 

Hərbi liseydən sonra, 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə daxil olaraq təhsilini davam etdirib və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. 2006–2008-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının müdavimi olub.

 

Şükür Həmidov İkinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Milli Qəhrəman  II Fəxri Xiyabanda torpağa tapşırılıb. 

 

 

23 oktyabrın 2020-ci ildə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,  Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışığı zamanı Milli Qəhrəmanın adının doğulduğu Qubadlı rayonunda əbədiləşdiriləcəyini bildirib.

 

 

General mayor Mais Bərxudarov 1975-ci ildə  Qubadlı şəhərində anadan olub. Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub.

 

Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal edən zaman Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olan General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub.

 

Valeh Bərşadlı hələ kursant ikən Mayis Bərxudarov və digər yoldaşlarını fərqləndirmiş, bu gənclərin sabahın generalları olacağını bilirmiş. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları