Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 10:05:00
Pandemiya səbəbindən hazırlıq kursları və repetitorluq fəaliyyəti də dayana bilər – PROQNOZLAR

 

 

 

“Düşünürəm ki, korona  artıq bizim həyat tərzimizə çevrilib.

 

Belə bir halda, kurslarda da əyani tədrisin dayandırılması, həm də   ölkə təhsilinə də ciddi təsir göstərəcək”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında “Zirvə” Tədris Mərkəzinin  direktoru Rahib İbrahimov deyib. Onun fikrincə, kurslarda əyani təhsil dayandırılarsa, tədrisin davam etdirilməsi üçün alternativ bir yol görünməz:

 

“Hazırda hamımız üçün hər şeydən vacib Qarabağ məsələsidir. Bunu nəzərə alaraq, təhlükəsizlik məqsədilə ölkədə internet məhdudlaşdırılıb. Koronavirusa yoluxma hallarının artması nəticəsində  kurslarda əyani təhsil dayandırılarsa, tədrisin davam etdirilməsi üçün alternativ bir yol görünməz. 

 

Yalnız onlayn dərslə əvəzləmək olsa da internet də demək olar ki, sıfır səviyyədədir.  Bu vəziyyət müvəqqəti çətinlikdir, ona görə də, başadüşüləndir.

 

Koronaya gəldikdə isə, düşünürəm ki, bu bizim artıq həyat tərzimizə çevrilib. Bununla yaşamağa məcburuq. Lazımı izolyasiya tədbirləri görüldükdə yoluxma saylarının yenidən düşəcəyinə inanırıq.

 

Kurslarda koronavirusa qarşı bütün önləmlər alınaraq, dərslər əyani formada davam etdirilir. Siniflərdə maksimum  10 nəfər olur. Uşaqlar tək-tək otururlar. Bütün lazımı izolyasiya tədbirləri görünür.  Kursların dayandırılmasını müsbət bir hal hesab etmirəm. 

 

 

Hazırda təhsil müəssisələrində tədrisin dayandırıldığı bir dövrdə kurslar, repetitorluq fəaliyyəti təhsilimiz üçün müstəsna rol oynayır.  Belə bir halda, kurslarda da əyani tədrisin dayandırılması  kurslarla yanaşı ölkə təhsilinə də ciddi təsir göstərəcək”.

 

 

“İPG” Tədris Mərkəzinin  rəhbəri Ravil Rzayev də  mövcud vəziyyətin kurslara mənfi təsirindən danışdı:

 

“Hazırda koronavirusa yoluxma sayının artması əyani təhsilə, internetdəki problem isə onlayn tədrisə mane olur. Bu məsələni 2 dövrə bölmək olar: müharibəyə qədərki dövr və müharibədən sonrakı dövr. Əgər yoluxma sayı daha da artarsa, qələbə qazandıqdan sonra internet problemi aradan qalxar və onlayn dərslər üçün heç bir problem qalmaz. Yoluxma sayından asılı olmayaraq, onlayn dərslər davam etdirələcək.  

 

Korona təhlükəsinin artması və onun müxtəlif qadağalara gətirib çıxarması  kursların fəaliyyətinə olduqca mənfi təsir göstərir.  Belə davam edərsə, bir çox  kurslar  sıradan çıxa bilər. Hazırda bizdə həm onlayn, həm də əyani təhsil dayanıb. Hazırda ölkədə, sırf təhsil üçün yaradılmış özəl təhsil müəssisəsi kimi biz və bizdən böyük təhsil müəssisələri hazırda çətin bir vəziyyətdəyik”.

 

 

 

 

“Əyani tədrisin yenidən  dayandırılması təkcə kurslara yox, ümumiyyətlə ölkə təhsilinə öz mənfi təsirini göstərəcək”

 

“Hədəf” kurslarının direktoru Elxan Nəcəfov təhlükəsizlik qaydalarına  əməl olunarsa, əyani tədrisin yenidən davam etdirilə biləcəyini vurğulayır:

 

“Təhsil naziri keçirilən brifinqdə, özəl və dövlət təhsili müəssisələrində tədrisin dayandırıldığını desə də bu qərarın özəl kurslara və repetitorluq xidmətinə aid edilmədiyini də qeyd etdi.

 

Hazırda kurslar ilin əvvəlindən verilmiş qərara əsasən, sinifdə uşaqların sayını azaldaraq, sosial məsafənin saxlayaraq fəaliyyət göstərir.  Dezinfeksiya aparılır. Dərslər  əyani şəkildə davam edir. Burada verilmiş qərardan kənaraçıxma yoxdur. 

 

Əgər yoluxma artarsa və bununla bağlı əlavə sərtləşdirmə qərarı olarsa, bütün müəssisələri kimi, repetitor və hazırlıq kursları da verilən qərara əməl edəcək.

 

Lakin tədrisin  dayandırılması təkcə kurslara yox, ümumiyyətlə ölkə təhsilinə öz mənfi təsirini göstərəcək.  Ötənilki  tədris ilində dərslərin onlayn formada davam etdirilməsinə çalışdıq.

 

Göründüyü ki, onlayn əyani dərslərlə müqayisədə tədrisin effektivliyi baxımından çox aşağıdır.  Bütün bunları nəzərə alaraq, ehtiyat tədbirlərinə əməl edərək tədrisi davam etdirmək vacibdir.

 

Abituriyentlərin ali təhsil müəssisələrinı qəbuluna ciddi təsiri olacaq. Ehtiyatlı şəkildə tədrisin davam etdirilməsi mənə elə gəlir ki, müəyyən qədər də  davam etdirmək lazımdır”.