Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-18 18:00:00
Ad günü keçirə bilməyən Nigar 10-cu sinif şagirdi idi

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Gəncə şəhərinə atdığı növbəti raket zərbəsi nəticəsində daha bir məktəbli həlak olub. 

 

Azedu.az - ın məlumatına görə, ermənilərin öldürdüyü 15 yaşlı Nigar Əsgərova Gəncə şəhər K. D. Uşinski adına 29 nömrəli məktəbin şagirdi olub. O, təhsil ocağının 10-cu sinfində təhsil alırmış. 

 

Xatırladaq ki, N. Əsgərova yaşasaydı, bu gün doğum gününü qeyd edəcəkdi.

qafqazinfo.az