https://www.zirve.edu.az/
17.10.2020 13:17
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 56 namizəd uğur qazanıb

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AzEdu.az DİM-in oktyabrın 17-si saat 12:30-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 56 nəfər uğur qazanıb. Onlardan 30-u Təhsil Nazirliyində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 6-sı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 3-ü Maliyyə Nazirliyində, 2-si Əqli Mülkiyyət Agentliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.