Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 17:50:00
Dünyada məcburən  evlərindən uzaqda yaşayan, təhsilsiz qalan uşaqların sayı - UNİCEF açıqladı

 

UNİCEF-in hesabatına görə dünyada 50 milyon uşaq evindən uzaqda yaşamalı olur.

AzEdu.az  xarici mediaya istinadən məlumat verir ki, son on ildə evini tərk etmək məcburiyyətində qalan uşaqların sayı  ikiqat  artıb.

Hesabatda dünyada 17 milyon uşaq və gəncin öz ölkəsi daxilində köç etmək məcburiyyətində qaldığı, hər iki mühacirdən birinin yaşının 18-dən aşağı olduğu qeyd olunub. Hesabatda xüsusilə də valideynləri olmayan uşaqların  təhsildən yayındığı,  onlar üçün mübarizə aparılmasının vacibliyi vurğulanıb.

Uşaqların haqqı olan təhsil, sağlıq, qida üçün həm sosial-psixoloji, həm də hüquqi dəstəyin təmin edilməli olduğu bildirilib. Münaqişə zonalarında uşaqların təhsildən xüsusilə yayınması qeyd olunub.

Beynəlxalq  Köç  Təşkilatının “kökündən qoparılanlar” başlığı altında  son dörd  il ərzində 15 000 qaçqının həyatını itirdiyi bildirilib.  Ölümlərdən üçdə ikisinin Akdenizdə gerçəkləşdiyi, Ege dənizində həyatını itirən  hər üç şəxsdən birinin məktəbli olduğuna diqqət çəkilib. Digər ölkələrə sığınan uşaqların 70%-nin Suriya, Əfqanıstan və İraqdan köç etdiyi bildirilib.  Köç edənlərin yurdlarında özlərini güvəndə hiss etmədikləri bunun qarşısının almaq üçün müəyyən  tədbirlərə ehtiyac olduğu vurğulanıb. Ən çox qaçqına ev sahibliyi edənon ölkə arasında Asiya və Afrika da yer alır.

UNİCEF-ə görə ən çox uşaq qaçqına ev sahibliyi edən, onlara eyni şərtlərlə təhsil verən ölkə Türkiyədir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları