“800 məktəbdə qaydalara əməl edilməsi ilə bağlı manitorinqlər aparılır”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev nazirliyin brifinqində deyib.
O, məktəblərdə qaydalara əməl etməyən şəxslərlə bağlı məlumatların Operativ Qərargaha bildirildiyini qeyd edib:
“800-dən çox məktəbdə qaydalara əməl edilməsi ilə bağlı manitorinqlər aparılır. 3 məktəbdə qanun pozuntuları qeydə alınıb.Müəllimlərə xəbərdarlıq edilib.Bəzən onların sırasında da kənaraçıxmalar olur. Lakin bu halda da həmin təhsil işçiləri məlumatlandırılmalıdır”.
Qeyd edək ki, 15 sentyabrdan ölkəmizdə hibrit formada təhsil sisteminə start verilib.