Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-26 14:52:00
Azərbaycanlı məşqçi akademiyaya daxil oldu - FOTO

Kunq-fu üzrə dünya çempionu Anar Süleymanov ikinci ali təhsilini alacaq.

AzEdu.az xəbər verir ki, Bu barədə Oxu.Az-a hazırda qadınlardan ibarət kunq-fu millimizin baş məşqçisi işləyən Anar Süleymanov özü məlumat verib:

“Mənim ilk ali təhsilim Azərbaycan Beynəlxalq Universitetində olub. Orda maliyyə krediti ixtisası üzrə təhsil almışdım. Ötən ilin 31 oktyabr – 3 noyabr tarixlərində İtaliyanın Karrara şəhərində keçirilmiş kunq-fu toa üzrə dünya çempionatında Polşa, Moldova, Macarıstandan olan rəqiblərimi məğlub etdim. Finalda türkiyəli Yılmaz Öndəri məğlub edərək dünya çempionu oldum.

 

Məhz bu nəticəyə görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının Boks müəllimi fakültəsinə müsabiqədən kənar daxil oldum”.