https://www.zirve.edu.az/
24.09.2020 17:28
Məleykə Abbaszadə 500 bal toplayıb kənarda qalan abituriyentlərdən DANIŞDI

Bu il I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib kənarda qalan abituriyentlərin sayı 4 nəfər olub.

 

AzEdu.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, II ixtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb.

III ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi 1 nəfərdir. 

IV xtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan 8 nəfərdir.

 

M.Abbaszadə bu şəxslərin ali məktəbə qəbul ola bilməməsini onların ixtisas seçimi edə bilməməsi, bəzilərinin elektron ərizələrində 1 ödənişsiz ixtisas adı yazması ilə əlaqələndirib.

 

O, həmin şəxslərin ikinci mərhələdə iştirak edə bilməsinin mümkün olduğunu söyləyib.

 

Modern.az