Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-24 14:51:00
Tələbə olanların nəzərinə - Qeydiyyat zamanı bu detallara diqqət edin – Lazımı sənədlər

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

Tələbə adı qazanmış şəxslər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

 

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

 

AzEdu.az qeydiyyat üçün lazım olan sənədləri təqdim edir:

 

3x4 şəkil

-Şəxsiyyət vəsiqəsinin sürəti

-Attestatin əsli;

-İş nömrəsi ,şəxsi kabinetinin istifadəçi adı (FİN);

-Ödənişlidirsə ödəniş qəbzi və sürəti;

-Məcburi köçkündürsə vəsiqənin sürəti (notarial təsdiqi);

-Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş valideynlərin vəsiqələrinin sürəti;

-Valideynlər rəhmətə gedibsə ölüm haqqında arayış;

-İlkin hərbi qeydiyyata alınma haqqinda vəsiqə (sürəti notarial təsdiqi)

Qeyd edək ki, Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları