Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 13:11:00
Türkiyənin Azərbaycandakı səfiri AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış oldu    

Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

 

AzEdu.az xəbər verir ki. səfiri AMEA-nın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov və Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov qarşılayıb.

 

YT Parkın mətbuat katibi Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, E.Özoral əvvəlcə ümummilli lider Heydər Əliyevin YT Parkdakı büstünü ziyarət edib, önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad edib.

 

Sonra YT Parkın nümayəndələri səfirə texnoparkın əsas fəaliyyət istiqamətləri, burada istehsal olunan ixracyönümlü məhsullar, eləcə də rezidentlər üçün yaradılmış şərait barədə məlumat veriblər. Bildirilib ki, yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli, elmtutumlu istehsalın inkişafı, yeni texnologiyaların yaradılması və elmin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

 

Qeyd olunub ki, YT Parkda müxtəlif sahələr üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir, bu qurumun ərazisində rezident kimi fəaliyyət göstərən sahibkarlar üçün geniş imkanlar yaradılır. Park yeni ideyaların həyata keçirilməsi və investisiyaların yatırılması üçün yaradılmış mühüm platformadır.

 

Daha sonar səfir ərazidə fəaliyyət göstərən bir neçə rezidentin istehsalat sahəsi, hazır məhsul anbarı, eləcə də ixtisaslaşmış laboratoriyası ilə tanış olub.

 

YT Parkın rezidenti olan “4MAPS Bilgi Teknolojileri” MMC-nin direktoru Abdullah Demirtaş rəhbərlik etdiyi müəssisə, burada həyata keçirilən layihələr haqqında qonağa məlumat verib.

Erkan Özoral Yüksək Texnologiyalar Parkında yaradılan innovativ şəraiti, burada istehsal olunan rəqabətədavamlı məhsulları yüksək qiymətləndirərək, müəssisənin böyük iqtisadi potensiala və geniş perspektivlərə malik olduğunu qeyd edib.

 

Sonda Türkiyə və Azərbaycanın elm, innovasiya və yüksək texnologiyalar sahələrində əlaqələrinin inkişafı müzakirə olunub, əməkdaşlıq perspektivlərinə dair təkliflər irəli sürülüb.