Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-20 17:08:00
Köklüyə səbəb olan pis vərdişlər hansılardır?

Dietoloq Nərgiz Nəzirova bildirib ki, yeməyi yaxşı çeynəmədən udmaq toxluq hissinin gec yaranmasına səbəb olur. Odur ki, bu, bizi daha çox yeməyə vadar edir.


Ekspert qidalanmada olan pis vərdişləri sadalayıb. Bunlar aşağıdakılardır:

 

Tez-tez yemək

 

Yaxşı çeynəmədən tez qidalanmaq vərdişi doyma hissinin yaranmasını uzadır, bu, bizi daha çox yeməyə vadar edir. Bundan əlavə, qida çeynənilməmiş mədəyə düşdükdə mədəaltı vəzi də ziyan çəkir, qanda şəkərin miqdarı artır.

 

Qidanı duzlamaq

 

Qidanın dadına baxmayaraq, duzlamaq vərdişi orqanizmdə mayeni yığır, bu da böyrək problemlərinə və hipertoniyaya gətirib çıxarır.

 

Yemək zamanı televizora baxmaq və ya kompüterlə məşğul olmaq

 

Uşaqlıqdan bizdə bu vərdiş yaradılır. Uşaq yemək yesin deyə televizorda cizgi filmi qoşuruq, bu vərdiş bizə daha çox yemək yedizdirir.

 

Acqarına və ya yeməkdən sonra siqaret çəkmək

 

Siqaret çəkmək ümumiyyətlə çox ziyanlı vərdişdir. Əgər siqaret çəkirsinizsə, yeməklərarası çəkin, acqarına siqaret iştahı və mədə şirəsinin ifrazını azaldır, qastrit yaradır. Yeməkdən sonra isə siqaret mədə-bağırsaq traktını boşaldır və həzmə mane olur.

 

Gecə yemək

 

Orqanizm gecələr dincəlməlidir, həzm ilə məşğul olmamalıdır.

 

Publika