Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 17:09:00
Xaricdə TV direktoru olan gənc soydaşımızdan maarifçi proqram – Azərbaycanı təbliğ  

 

 

“Vostok”  Media Holdinqin tərkibinə daxil olan Vostok tv-də “Азербайджан  моими  глазами" adlı yeni veriliş efirə gedəcək”.

 

 Bunu AzEdu.az -a açıqlamasında  Rusiyanın "Vostok” Media Holdinqinin vitse-prezidenti, "Vostok" telekanalının icraçı direktoru azərbaycanlı gənc jurnalist Şəhriyar İmanbəyli deyib.

 

O bildirib ki, rəsmi çəkiliş icazəsi ilə bağlı ilk prosedurlar artıq başlayıb:

 

“Qeyd edim ki, layihə çərçivəsində Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı nüanslar lentə alınacaq. Həmçinin, Azərbaycanın bugünkü inkişafı, sosial-iqtisadi həyatı da bu verilişdə əks etdiriləcək. Hətta biz bununla bağlı dövlət rəsmiləri ilə eksklüziv müsahiblərin edilməsini də planlayırıq”.

 

İcraçı direktor verilişin ölkəmizə  verəcəyi tövhələrə diqqət çəkib:

 

“Qeyd edim ki, hazırda Vostok televiziyasının 32 milyonluq böyük izləyici auditoriyası var. Bunun 24 milyonu Rusiyanın, digər hissəsi isə MDB dövlətlərinin payına düşür. Bu baxımdan veriliş Azərbaycan turizminin Rusiya və bütün  MDB məkanında tanınmasına da dəstək olacaq. Çünki çəkiliş edilən ərazilərdə turizmin inkişafına xüsusi diqqət yetiriləcək.

 

Jurnalist  dağ  zirvələri ilə bağlı fərqli bir tele - layihənin də hazırlandığını bildirib:

 

“Verilişin formatı ilə bağlı təəssüflər olsun ki, hələ heç bir açıqlama verə bilməyəcəm. Sadəcə onu deyə bilərəm ki, layihəyə ilk olaraq Azərbaycanın zirvələrindən başlayıb daha sonra Gürcüstan və Rusiya istiqamətlərinə keçiləcək. Mən özüm hətta bu yaxınlarda “Heydər zirvəsi”ndə oldum. Bu sadəcə bir həvəskar alpinist gəzintisi idi. Amma arxa çəkiliş heyyəti üçün ilkin planlama da etdik”.

 

Jurnalist “Heydər zirvəsi” ilə bağlı təəsüratlatını bizimlə bölüşüb:

 

“Ulu öndər Heydər Əliyevin adını daşıyan  “Heydər zirvəsi”nə qalxmaq  mənim çoxdankı arzum idi. Bunu reallaşdıra bildiyim üçün çox xoşbəxtəm. Düzdür çətin dağ zirvəsinə qalxmaq heç də asan olmadı. Zirvəyə qalxdıqca oksigen azalırdı və nəfəs almaq çətinləşirdi. Amma təcrübəli bələdçilərin, xüsusən də Toğrul bəyin köməkliyi ilə Ulu öndərin barelyefinin yerləşdiyi yerə qədər getdik”.

 

Son olaraq  jurnalist, çəkilişlərin başlaması üçün Moskvadan çəkiliş komandasının Azərbaycana gələcəyini bildirib.