Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 13:46:00
“MİQ-lə bağlı heç bir problemə baxılmadı, vakant yer tapılmır” - Narazılıq

 

 

Avqust ayından etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinə start verilib.

 

Müsabiqədə iştirak edən müdavimlərdən bəziləri isə imtahanda topladığı nəticələrin şəxsi səhifələrinə səhv göndərilməsindən narazı qalıblar.

 

AzEdu.az xəbər verir ki, onlardan biri olan Nərmin Eyyubzadə biologiya ixtisası üzrə imtahanda iştirak edib. Onun nəticələri şəxsi səhifəsinə göndərilən məlumatlarda imtahan zamanı sonda göstərilən nəticə ilə üst-üstə düşməyib.

 

O, həmçinin, 27-ci sualın səhv tərtib olunmasına baxmayaraq, onun namizədlərin xeyirən hesablanmamasından narazıdır.

 

Müdavim AzEdu.az-a açıqlamasında üzləşdiyi problemlə bağlı ətraflı məlumat verib:

 

“Bu il müəllimlərin işə qəbulu ilə bağlı heç bir problemə baxılmadı və haqsızlıq olduqca  çox oldu.

 

Mən 17 avqust saat 11:00-da Səbail rayon 189-190 nömrəli məktəbdə MİQ-in test imtahan mərhələsində iştirak etdim.

 

27-ci test sualında  düzgün cavab yox idi. Ona görə də mənim şəxsi kabinetimə bir balın aşağı  salındığı nəticə göndərildi. Bunu bir çox yerlərə yazdım, lakin bal əlavəsi edilmədi. Nəticəm 53 yox, 52 olaraq şəxsi səhifəmə göndərildi.

 

Bu il vakant yerlər  çox az çıxarılıb. Müəllimlər bundan narahatdır. Mən şəxsən yazmağa vakant  yer tapmadım. İmtahana hazırlaşdığım zaman çəkdiyim əziyyət əlimdə qaldı.

 

Həmin 27-ci səhv sualı cavablandırmaq üçün  12 dəqiqə  vaxtım getdi. O sual düzgün şəkildə tərtib olunsaydı, digərlərinə daha çox vaxt ayırmaq imkanım olardı”.

 

Nərmin xanım digər bir problemlə qarşılaşdığından da söz açıb:

 

“Digər qarşılaşdığım problemlərdən biri də  imtahan zamanı 35 ixtisas, 17 kurikulumu düz cavablandırdığım halda, şəxsi səhifəmə  34 ixtisas, 18 kurikulum nəticəsinin göndərilməsi oldu.

 

Vakant yer seçimində Bakı şəhərini  yazdım, amma  qəbul olunacağıma inanmıram.

 

Şəki rayonundan isə  2 vakant yer yazdım. Həmin bölgəni seçən digər şəxslərin balı isə  57 və 52-di. Mənim balım 53 olsaydı Şəkiyə qəbul olunmaq imkanım yüksək olacaqdı.

Vakant yer seçimində digər  4 yerdən 1-i qaçqın məktəbi ,digər 2-ni isə Hövsan qəsəbəsində seçdim. Həmin məktəblərdən mənə  ən  yaxın məsafədə yerləşəni 20 km uzaqlıqdadır.

 

Müraciət üçün İnsan Resursları Mərkəzinə  və Təhsil Nazirliyinə yazdım. Nəticəmi apellyasiyaya verdim, amma qəbul etmədilər. Murad Camalzadə yazdım, lakin cavab ala bilmədim”.

 

Ümid edirik ki, bu tip problemlər tez bir zamanda öz həllini tapacaq.

 Qeyd: AzEdu təhsil portalı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır

Şükufə Süleymanlı
Müəllifin digər yazıları