Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-09 14:45:00
Ötən il Azərbaycan universitetlərinə sənəd verən xarici ölkə vətəndaşlarının sayı açıqlanıb  

2019-cu ildə I qrup üzrə sənəd verən abituriyentlərin 66.33%-ni oğlanlar, 33.67%-ni isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 24734 nəfəri (87.31%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 10 nəfəri xarici ölkələrin vətəndaşları, 26 nəfəri ali təhsilli şəxslər, 479 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

 

Qeyd edilib ki, II qrup üzrə sənəd verən abituriyentlərin 67.99%-ni oğlanlar, 32.01%-ni isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 12530 nəfəri (86.07%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 5 nəfəri xarici ölkələrin vətəndaşları, 15 nəfəri ali təhsilli şəxslər, 411 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub. 

 

III qrup üzrə sənəd verən abituriyentlərin 29.52%-ni oğlanlar, 70.48%-ni isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 18930 nəfəri (85.16%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 14 nəfəri xarici ölkələrin vətəndaşları, 50 nəfəri ali təhsilli şəxslər, 627 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub. 

 

IV qrup üzrə sənəd verən abituriyentlərin 27.97%-ni oğlanlar, 72.03%-ni isə qızlar təşkil edib. Abituriyentlərin 4493 nəfəri (87.87%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 4 nəfəri xarici ölkələrin vətəndaşları, 29 nəfəri ali təhsilli şəxslər, 86 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub. 

 

İmtahanlarda oğlanların ən yüksək nisbi sayı II ixtisas qrupunda (67.99%), qızların ən yüksək nisbi sayı isə IV ixtisas qrupunda (72.03%) olub.