Azedu.az

Müəllimlərə köməkçilər verilir - qanun dəyişdirilir

7 Sentyabr 2020, 14:20
Müəllimlərə köməkçilər verilir - qanun dəyişdirilir

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik təklif olunur.

 

AzEdu.az  xəbər verir ki, dəyişikliklə qanunun əsas anlayışlar bölməsinə 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilir.

 

1.016. müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;

 

1.0.17. stasionar təhsil – uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox