Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 16:41:00
Gənc alim beynəlxalq simpoziumda ölkəmizi təmsil edəcək

Bu ilin oktyabrında Türkiyə Cümhuriyyətinin Niğde şəhərində onlayn “Türk dünyası araşdırmaları” VII beynəlxalq elmi simpoziumu keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, beynəlxalq tədbirdə ölkəmizi Prezident mükafatçısı, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov təmsil edəcək.

 

Bu barədə  AMEA-nın Gəncə Bölməsindən məlumat verilib. Bildirilib ki, gənc tədqiqatçı simpoziumun plenar iclasında “Bəşəriyyətin qədim mədəni irsi – kurqanların yaradıcısı türklərdir” mövzusunda türk və ingilis dillərində məruzə edəcək.

 

Beynəlxalq tədbirdə türk dünyası alimlərinin, xüsusilə də ictimai və humanitar elmlər sahəsində çalışan tədqiqatçıların əməkdaşlığı, elmi istinad göstəriciləri haqqında interaktiv müzakirələrin keçirilməsi nəzərdə tutulur. Simpoziumda dünyanın 50-dən çox ölkəsindən 200-ə qədər alim və tədqiqatçı iştirak edəcək.