Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 12:48:00
Müəllimdən maraqlı təşəbbüs -Məktəbin divarlarına rəsmlər çəkərək şagirdlərinə sürpriz hazırlayır(FOTO)

Türkiyənin Aksaray bölgəsində din mədəniyyəti və əxlaq bilgisi müəllimi olaraq çalışan Cüneyt Qahrıman məktəbdə divarlara rəsmlər çəkərək yeni tədris ilində şagirdlər üçün sürpriz hazırlayır. Müəllim pandemiya şəraitindəki səssizlikdən istifadə edərək 3 məktəbdə bu cür fəaliyyətə başlayıb. O, divarlara yaşadığı şəhərin və dini motivlərin rəsmlərini çəkir.

 

“Məktəbləri hazırladıq, şagirdləri gözləyirik”

 

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cüneyt müəllim kənddəki fəaliyyəti zamanı şagirdlərin bu rəsmləri çox sevdiyini bildirib:

 

“Pandemiya dövründə şagirdlərdən uzaq qaldığımız üçün onlardan ötrü çox darıxdıq və məktəbə qayıtdıqlarında sevinsinlər deyə bu cür fəaliyyətə başladıq. Şagirdlərin dərsə həvəsini artıracaq mövzulara üstünlü verdik. Məktəbdəki bu cür fəaliyyətimiz tam ödənişsiz etdik. Hər hansı miqdarda ödəniş tələb etməyi müəllimliyimə yaraşdırmadım. Dostlarımla birgə olan bu işimiz 40 gün davam etdi. Ümid edirəm ki, hər kəs sağlam olar və məktəblər açılar. Şagirdlərimiz  üçün çox darıxdığımızı bütün müəllimlər adına deyə bilərəm. Məktəbləri hazırladıq, şagirdləri gözləyirik”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları