Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 11:51:00
Abituriyentlərin nəzərinə: UNEC-də sənəd qəbulu onlayn aparılacaq

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayevin rəhbərliyi və müvafiq struktur bölmələrin iştirakı ilə UNEC-ə qəbul olan abituriyentlərin sənəd qəbulu prosesinin onlayn aparılması məqsədilə hazırlanmış sənəd qəbulu platformasının ilkin nümayişi olub.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, 2020/2021-ci tədris ili üzrə UNEC-də abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq. Abituriyentlərin sənəd qəbulu prosesini asanlaşdırmaq məqsədilə UNEC-də onlayn proqram təminatı hazırlanıb. UNEC-ə qəbul olan abituriyentlər, universitetə gəlmədən rahat formada qeydiyyatdan keçə biləcəklər. Onlayn sənəd qəbulu həm regionlarda, həm də şəhərdə yaşayan abituriyentlər, eləcə də onların valideynləri üçün əlavə zaman itkisinin qarşısını alaraq, onlara böyük üstünlük qazandırmış olacaq.

 

Təqdimatda qeyd olunub ki, abituriyentlər sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az)  daxil olaraq,  tələbə kabineti  qeydiyyat bölməsinə keçid almaqla  (kabinet.unec.edu.az)  sistemə yükləməlidirlər. Sənəd qəbulunun daha rahat formada aparılması məqsədilə sənədlərin elektron versiyasının sistemə yükləməsi tələb olunur. Abuturyentlərin bir çox şəxsi məlumatlarının DİM-dən birbaşa sistemə inteqrasiyası təmin edildiyi üçün lazımı digər sənədlər sistemə yüklənəcəkdir. Bütün prosesi izah edən yazılı və  video təlimatı hazırlanaraq, universitetin rəsmi saytına və Facebook səhifəsinə yerləşdiriləcək.