https://www.zirve.edu.az/
03.08.2020 21:49
Məktəblilər virtual məktəblə bağlı təlimə cəlb olunub

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində təhsil alan şagirdlər üçün onlayn təhsil resurslarından istifadə ilə bağlı təlim keçib.

Bu barədə AzEdu.az-a məlumat verən mərkəzin sədri Gülsarə Həsənova bildirib ki, təlim  “Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək” layihəsi çərçivəsində keçirilib: “Microsoft Teams” proqramı üzərindən keçirilən onlayn təlim “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Baş təlimçisi Xalid Çəndirli tərəfindən aparılıb.  Təlimdə Abşeron rayonu Masazır qəsəbəsində fəaliyyət göstərən  Kəlbəcər rayon 56 saylı  saylı tam orta məktəbdə təhsil alan  33 şagird iştirak edib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunub. "Virtual məktəb” layihəsi həm müəllimlər, həm də şagirdlər üçün nə qədər uğurlu olsa da, ilk dəfə tətbiq olunduğundan istifadə zamanı müyyən çətinliklər yaranırdı. Onlayn dərs prosesi zamanı şagirdlərin çoxu ağıllı telefondan istifadə etdiyindən bəzi şagirdlər proqramdan istifadədə problemlə qarşılaşırdı. Biz də bu təlimlərlə  həm təhsilverənlərin, həm də təhsilalanların  rəqəmsal bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi üçün onlara dəstək göstərməyə çalışırıq. Təlim zamanı “Microsoft Teams” proqramından istifadədə əvvəlki zamanlarda şagirdlərin qarşılaşdığı bir çox problemlərin həllini tapdığına ümid edirik”.


 “Microsoft Teams” proqramı üzərindən keçirilən təlim zamanı “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Baş təlimçisi Xalid Çəndirli iştirakçılara "virtual məktəb"də qeydiyyat, “Microsoft Teams” proqramından  istifadə, onlayn test tapşırıqlarının icra edilməsi, onlayn sinif iclaslarında iştirakla bağlı məlumat verib.  Həmçinin, iştirakçılara portalda keyfiyyətli görüntülü, audio dərslərdə iştirak prosedurları praktiki olaraq göstərilib.  Bundan başqa şagirdlərə www.e-derslik.edu.az, www.e-resurs.edu.az,  www.e-test.edu.az,  www.video.edu.az elektron resursları və onlardan istifadə ilə bağlı məlumat verilib.


Eyni zamanda iştirakçılar “Microsoft Teams” proqramı üzərindən praktiki tapşırıqları icra edib.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.