https://www.zirve.edu.az/
02.08.2020 11:08
UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə onlayn sənəd qəbulu davam edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu davam edir.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, qəbul maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit, dünya iqtisadiyyatı, ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə onlayn keçirilir.

 

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla aparılır. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.

 

Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qanunverciliyinə uyğun olaraq vahid dövlət imtahanı əsasında qəbul edilir. Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat, Azərbaycan və ya rus dili, coğrafiya fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.

 

Qəbul barədə ətraflı məlumatı UNEC-in rəsmi saytından və UNEC Dərbənd filialının rəsmi saytından əldə etmək mümkündür.