Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-01 13:42:00
Tarixin fərqli müalicə ÜSÜLLARI

Bir çox tibbi üsullar səhvlər edilərək öyrənilib. Lakin elə üsullar var ki, keçmişdə insanların buna necə razı olduqlarını bilmək maraqlıdır.


AzEdu.az həmin müalicə üsullarını təqdim edir.


Tütünlə bağırsaqların müalicəsi

 

Avropalılar Amerikalılardan öyrəndikləri üsulla qarın ağrısını tütünlə müalicə edirdilər. Tütünün tərkibində nikotinin olduğunu öyrəndikdən sonra bu müalicə üsulu ləğv edilib.

 

Qan axıtma üsulu ilə müalicə

 

Qolun ya da ayağın kəsilərək kirli qanın axıdılması 19-cu yüz illiyə qədər məşhur müalicə üsulu sayılırdı. Xüsusilə Hind və Ərəb qaynaqlarında qan axıtma üsulundan istifadə olunması bir neçə yerdə yazılıb.

 

Baş ağrısının müalicəsi

 

Keçmiş zamanlarda həkimlər baş ağrısının beynin kəllə sümüyündə sıxışması ilə əlaqələndirirdilər. Hal-vəziyyət belə olduqda çarə xəstənin kəllə sümüyünü deşmək olurdu.

 

Antibiotik olaraq zəhərli bitkilərin yeyilməsi üsulu

 

Antibiotik hələ həkimlərin ilk müalicə vasitəsi olmadan əvvəl, insanlar xəstəliklərə qarşı immuntet qazanmaq üçün ilan zəhərindən və zəhərli bitkiləridən istifadə edirdilər.

 

Xroniki xəstəliklərin su ilə müalicəsi

 

Tibbin xüsusi qarışıq məhlullardan ibarət olduğu zamanlarda diyabet xəstəliyi məlhəm və fiziki hərəkətlərlə müalicə edilirdi. Epilepsiya xəstəliyini isə Allahdan gələn bəla kimi qəbul edirdilər. 

 

Qadınların oturaq halda uşaq dünyaya gətirməsi

 

Hər nə qədər Hindli və Afrikalı qəbilə şəfacıları doğum barəsində bilgili olsalarda, ö dönəmlərdə kilsənin sözü keçərli hesab olunurdu. Kilsənin yanlış qərarı ilə bir çox ana öz həyatını doğum anında itirib.

 

Dişlərin müalicə üsulu

 

10-cu yüzillikdə yaşamış həkim İbn-i Sina içində keçi yağı, soğan və batbatın olduğu məlhəmi qaynadıb içməyi diş çürüyü üçün məsləhət görmüşdü. (ölkə.az)