Azedu.az

BDU-nun dosenti vəfat etdi - 63 yaşında

Universitetlər

16 İyul 2020, 10:13
BDU-nun dosenti vəfat etdi - 63 yaşında

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Əliyeva Firuzə Kamil qızı vəfat edib.


AzEdu.az
xəbər verir ki, o, 63 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.


F.Əliyeva 1974-1979-cu illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb, 2003-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox