Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-06 12:14:00
SABAH təcrübəsi əsasında yeni pilot layihə

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) SABAH qrupları layihəsinin təcrübəsi əsasında müvəffəqiyyətlə təhsil alan istedadlı tələbələrdən ibarət xüsusi qrupların təşkili nəzərdə tutulur. 

 

AzEdu.az xəbər verir ki, məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, fərqli təhsil mühitinin yaradılması, savadlı və bacarıqlı tələbə yetişdirilməsindən ibarətdir.

 

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi ilə birgə əməkdaşlığa uyğun olaraq,  ADBTİA-da 2020-2021-ci tədris ili üçün müstəqil şəkildə xüsusi qrupun yaradılması planlaşdırılır. İlkin olaraq “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə xüsusi seçim yolu ilə formalaşdırılan istedadlı tələbələr üçün akademiyanın müstəqil pilot qrupunun yaradılması məqsədəuyğun hesab edilib. 

 

Müvafiq qrupların formalaşdırılması və tədrisin təşkili üçün tələbə və professor-müəllim heyətinin seçimi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.