https://www.zirve.edu.az/
05.07.2020 10:29
Builki MİQ müsabiqəsinin aqibəti necə olacaq?-Nazir müşaviri açıqladı
Çap et

“Hörmətli həmkarlar, məlum olduğu kimi, ölkənin bəzi yaşayış məntəqələrində iyun ayından başlayaraq tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2020-ci il 20 iyul tarixinədək uzadılmış, xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonların sayı artırılmışdır. Bilirik ki, bu qərar kütləvi tədbirlərin təşkilinə bilavasitə təsir edir. Həmin tədbirlərdən biri buraxılış/qəbul imtahanlarıdırsa, digəri ənənəvi olaraq iyul ayında, iki həftə ərzində, bir məkanda keçirilən və 40-50 min namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanıdır”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirinin müşaviri Elnur Məmmədov bildirib. O, həmçinin MİQ müsabiqəsi ilə bağlı növbəti həftə ictimaiyyətə geniş məlumat veriləcəyini də açıqladı:

 

“Ölkədə olan mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq MİQ  müsabiqəsinin  keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır. Növbəti həftə MİQ müsabiqəsi üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək. Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur. Nəzərə almağınızı xahiş edirəm”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları