https://www.zirve.edu.az/
04.07.2020 13:00
“Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 6-na olan cədvəli   
Çap et

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 6-na olan cədvəli təqdim edilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, proqramda ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və sair təqdim olunacaq. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.

 

“Dərs vaxtı” abituriyentlərin təhsillərini davam etdirmək arzusunu alqışlayır və bu işdə onlara kömək etməyə hazır olduğunu bildirir.

 

Təhsil Nazirliyi “Abituriyentlər üçün dərs vaxtı”nı izləməyi tövsiyə edir.