Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 10:46:00
İmtahan həyəcanını azaltmağın konkret üsulları -VİDEO

COVİD-19 bütün dünyada bütün sahələrə təsirini göstərdi. Təhsil bu siyahıdan geri qalmadı. Ölkəmizdə təhsilin müəyyən istiqamətlərində atılan bütün addımlara, görülən işlərə baxmauaraq yenə də müəyyən çətinliklər yaşandı və yaşanmaqdadır. Bunlardan biri də qəbul imtahanlarıdır. Dəqiq vaxtı bilinməsə də qəbul imtahanlarının iyul ayında keçiriləcəyi vurğulanır. 

 

Lakin bu il fərqli zaman kəsimidir... Bu ilin abituriyentləri psixoloji hazırlıqla ikiqat silahlanmalıdırlar.

 

AzEdu.az bu məqsədlə onlara imtahan həyəcanını azaldacaq psixoloji tövsiyələri təqdim edir:

 

İmtahanda həyəcanı azaltmaq üçün nələr etmək lazımdır? Bu sualı klinik psixoloq Vüsal Alquliyevlə araşdırmışıq. Onun sözlərinə görə, həyəcanı məhv edən ən önəmli faktorlardan biri diqqəti ayrı yerə yönəltməkdir. Bir sözlə, həyəcanı görməzdən gəlmək lazımdır. Məsələn, diqqəti ətrafdakı əşyalardan birinə yönəltmək, ürəyində o əşyanın funksiyalarını sadalamaq lazımdır.

 

“Məsələn, imtahan otağında lövhəyə baxırsan. Fikirləşirsən ki, bu lövhədir, materialı taxtadandır, nə üçündür? Əlbəttə, onun üzərində yazı yazırlar. Kim yaza bilər, lövhədən ayrı nələr üçün istifadə olunur və s kimi suallarla diqqətini imtahan həyəcanından uzaqlaşdırırsan”.

Psixoloq həyəcanı azaltmaq üçün nəfəs texnikası da təqdim edir.

 

Video müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.