Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-06 15:30:00
Tanınmış mütəxəssis virusun ikinci dalğası barədə DANIŞDI

Yoluxucu xəstəliklər üzrə yapon mütəxəssis Akihiro Sato koronavirus pandemiyasının ikinci dalğa ehtimalını qiymətləndirib. Onun hesablamalarına görə, ikinci dalğanın baş vermə ehtimalı təxminən 90% təşkil edir və çox güman ki, gələn payızda start götürəcək.

 

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, ekspert ikinci dalğanın baş verəcəyi dəqiq tarixi proqnozlaşdırmaqda çətinlik çəkdiyini bildirib.

 

“Çox güman ki, gələn payız və ya qış aylarına təsadüf edir, ancaq ikinci dalğanın artıq iyul və ya avqust aylarında baş verməsi ehtimalı rədd edilə bilməz”, - A.Sato qeyd edib.

 

O, infeksiyanın yayın istisində məhv olacağı barədə məlumatdan şübhələndiyini söyləyib. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Asiya və Cənubi Amerika ölkələrini, yoluxmuşların sayına görə ikinci yerdə olan Braziliyanı misal göstərib. O, Braziliyada isti hava şəraitinə baxmayaraq çox sayda yoluxmuş insanın olduğunu xatırladıb.

 

Yapon həkimlərinin fikrincə, ölkənin müxtəlif bölgələrində eyni vaxtda infeksiya ocaqlarının meydana gəlməsi koronavirusun ikinci dalğasının başladığını göstərən əsas əlamətdir. Həkim hadisələrin belə bir nəticəsinin əsas təhlükəsini əhalinin əksəriyyətinin koronavirusa yoluxmamasında və hələ kütləvi immunitet əldə edə bilməməsində görür.

 

“Xəstəliyin kəskin artması ölkələrin səhiyyə sistemlərinin çökməsinə, nəticədə infeksiyadan sonra ölüm hallarında artıma səbəb ola bilər. Digər bir təhlükə virusun mutasiyasıdır. Mutasiya etsə, daha ölümcül ola bilər. Ancaq müsbət tərəflər var. İkinci dalğa birincisindən daha az davam edəcək, çünki insanlar və hakimiyyət orqanları xəstəliyin yayılmasına qarşı tədbirlər görməkdə daha məsuliyyətli davranır”, - deyə ekspert izah edib.

 

İkinci yoluxma dalğasına hazırlıqlı olmaq üçün mütəxəssis özünü təcrid etməyi, sosial məsafəni qorumağı və qoruyucu vasitələr taxmağı məsləhət görüb.

 

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb. Təşkilatın Avropadakı regional ofisinin direktoru Hans Klyugeyə görə, ikinci dalğa sentyabr ayında başlaya və mövsümi qripin yayılması ilə üst-üstə düşə bilər. Bu halda bəzi ölkələrdə COVID-19 pandemiyası səbəbindən müntəzəm peyvəndləmə işlərinin dayandırılması ilə vəziyyət daha da ağırlaşacaq.