Azedu.az

AzTU əməkdaşlıq müqaviləsi imzalayıb

6 İyun 2020, 12:36
AzTU əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Smart Home” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, müqaviləyə əsasən universitetin müxtəlif fakultələrinin bakalavr və magistr tələbələri MMC-də istehsalat təcrübəsi keçəcəklər. Eyni zamanda “Smart Home” MMC-nin əməkdaşları üçün AzTU-da ixtisasartırma kursları təşkil ediləcək.

 

Əməkdaşlıq çərçivəsində elmi-texniki, innovativ yeniliklərin tətbiqi, tələbələr arasından müasir əmək bazarının tələblərinə uyğun kadrların seçilib hazırlanması, gənc startapçıların layihələrinə dəstəyin göstərilməsi də həyata keçiriləcək. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox