Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-25 12:00:00
UNEC-də yaz imtahan sessiyasının qaydaları təsdiqləndi

UNEC-də yaz imtahan sessiyasının keçirilməsi qaydaları təsdiqlənib. Qaydalara əsasən, imtahan sessiyası iyunun 8-dən iyulun 7-dək keçiriləcək.

 

AzEdu.az  xəbər verir ki, yaz  imtahan sessiyasında imtahan vermək üçün bakalavr və magistrantlara 3 seçim imkanı verilir.

 

1.Bütün imtahanlar distant formada keçirilir.

 

  1. Təhsilalanlara onların fərdi müraciətləri əsasında cari ilin avqust – sentyabr aylarında ənənəvi üsulla imtahan təşkil edilir. İmtahandan öncə istəklərinə uyğun olaraq tələbələrə 3-4 həftə ərzində Bakı şəhərində ənənəvi üsulla ödənişsiz icmal mühazirələr təşkil edilir. Bununla bağlı tələbələrin müraciətləri 5 iyun 2020-ci il tarixinə qədər qəbul edilir.

 

  1. Növbəti tədris ilində ödənişsiz qaydada fənləri alt qruplarda ənənəvi qaydada dinləmək və ənənəvi qaydada imtahan vermək imkanı yaradılır. Bununla bağlı tələbələrin müraciətləri 5 iyun 2020-ci il tarixinə qədər qəbul edilir.

 

QAYDALAR tələbələrin şəxsi kabinetlərinə göndərilib.