Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-05 13:10:00
“Heydər Əliyev və Azərbaycançılıq ideyası” adlı bilik yarışı...
Bakı Slavyan Universitetinin Ölkəşünaslıq Klubunun təşkilatçılığı ilə 10 may 2020-ci il tarixində saat 18:00-da ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq ideyası" adlı bilik yarışı keçiriləcəkdir.
Bu yarışmada Bakı Slavyan Universitetində təhsil alan bütün tələbə və magistrantlar iştirak edə bilərlər. Son müraciət tarixi 9 may 2020-ci il saat 18:00-a qədərdir.
 
Bilik yarışı "Heydər Əliyev və Azərbaycançılıq ideyası" başlığı altında 5 yarımbaşlıq üzrə həyata keçiriləcəkdir:
 
*Heydər Əliyevin həyatı
*Heydər Əliyevin siyasəti
*Heydər Əliyevin Azərbaycancılıq ideyası
*Heydər Əliyev dünya liderlərinin xatirələrində
*Heydər Əliyev və müasir Azərbaycan
 
Yuxarıda qeyd olunmuş hər yarımbaşlıq üzrə 6 sual təqdim olunacaqdır.
Əlavə məlumat üçün Ölkəşünaslıq Klubunun bütün rəsmi səhifələrinə, gmail hesabına və elanda qeyd olunmuş əlaqə nömrəsinə suallarınızı ünvanlaya bilərsiniz.
Yarışmanın qalibləri birinci, ikinci və üçüncü yer üzrə müxtəlif sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.