Azedu.az

Prezident “Elm haqqında” və “Peşə təhsili haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Maraqlı

Peşə təhsili-faydalı məlumat və xəbərlər

1 May 2020, 14:17
Prezident “Elm haqqında” və “Peşə təhsili haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

 

AzEdu.az xəbər verir ki, qanuna əsasən, elmi müəssisə və təşkilatın mütəxəssisi ali təhsilə, subbakalavr peşə-ixtisas dərəcəsi almış orta ixtisas və ya yüksək texniki peşə təhsilinə malik olan, elmi müəssisə və ya təşkilatda çalışan, elmi nəticələrin əldə edilməsi və həyata keçirilməsinə xidmət edən şəxsdir.

 

Eyni zamanda dəyişikliyə əsasən, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa 14.6-cı maddə əlavə edilib.

 

Belə ki, yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulacaq.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox