Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 13:56:00
MİQ müsabiqəsinə aid ən çox soruşulan suallar və cavabları -Müəllim narahatlığı

 

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən, MİQ müsabiqəsinə aid  ən çox soruşulan  sualların cavablarını təqdim edir:

 

Hazırda müəllim işləyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?

 

-Müəllimlərin işə qəbul imtahanları ilə bağlı ən çox soruşulan suallardan biri hazırda müəllim kimi fəaliyyət göstərən şəxslərin yenidən müsabiqəyə qatılması ilə bağlıdır. Hazırda müəllim işləyən şəxslərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakına məhdudiyyət yoxdur.

 

Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?

 

-Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

 

Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?

 

- Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

 

Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata keçirilir?

 

- Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları