https://www.zirve.edu.az/
10.04.2020 10:00
Azərbaycanlı şahmatçı filippinli uşaqlar üçün onlayn seans keçirəcək
Çap et

Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov karantin günlərində ölkə şahmatsevərləri ilə iki onlayn seansdan sonra filippinli uşaqlar üçün də seans oyunları keçirəcək.

AzEdu.az xəbər verir ki, “United Queens Chess Club” R.Məmmədovu filippinli uşaqlarla onlayn seansa dəvət edib.

Seans aprelin 13-də 20-yə yaxın şahmatçının iştirakı ilə keçiriləcək.